Afrində 11 strateji məntəqə terrorçulardan azad edildi

Afrində 11 strateji məntəqə terrorçulardan azad edildi
  22 Yanvar 2018    Oxunub:1591
Türkiyənin Afrində həyata keçirdiyi əməliyyatlar uğurla davam edir.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, "Zeytun budağı" adlı əməliyyatın üçüncü günündə Afrində bir sıra strateji yerlər terrorçulardan azad edilib.

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Azad Suriya Ordusu ilə birlikdə apardığı əməliyyatlar zamanı uzun illər PKK- YPG terror təşkilatının işğalında olan Burseya dağında 10-dan çox yaraqlı zərərsizləşdirilib və nəzarət ələ keçirilib. Azad Suriya Ordusu Burseya dağında qələbəni qeyd ediblər.

Ümumilikdə isə 3 gün ərzində 11 strateji məntəqə terrorçulardan geri alınıb.



AzVision.az


Teqlər: Afrin   Türkiyə   Suriya  





Xəbər lenti