Avropa İttifaqı Afrin əməliyyatından narahatdır

Avropa İttifaqı Afrin əməliyyatından narahatdır
  23 Yanvar 2018    Oxunub:1712
Avropa İttifaqı (Aİ) Türkiyənin Suriyanın Afrin bölgəsində həyata keçirdiyi "Zeytun budağı" əməliyyatına münasibət bildirib.
AzVision.az xaciri KİV-ə istinadən xəbər verir ki, Aİ-nin xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini Afrində baş verən hadisələrdən narahat olduqlarını deyib.

“Narahatam və bu mövzu ilə bağlı Türkiyə rəsmiləri ilə görüşəcəyəm” - Aİ rəsmisi deyib.

Qeyd edək ki, Türkiyə ötən həftənin şənbə günü Afrində hərbi əməliyyatlara başlayıb. Əməliyyatın məqsədi sərhəd təhlükəsizliyini təmin etmək və terrorçuları məhv etməkdir. Artıq bəzi strateji mövqelər terrorçulardan azad edilib.

AzVision.az


Teqlər:   Türkiyə   Suriya   Afrin  





Xəbər lenti