Marsda su var

Marsda su var
  27 Sentyabr 2013    Oxunub:1303
NASA-nın Marsda kəşfiyyatla məşğul olan “Curiosity” adlı robotundan əldə etdiyi dəlillərə görə, Marsın səthində təxminən 2% su tapılıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu tapıntı adı çəkilən planetdə həyat olması ilə bağlı ümidləri artırıb.
Marsdan gətirilən torpaq nümunələrini tədqiq edən elm adamları bildirib ki, torpaq nümunələri 835 dərəcəyə qədər qızdırıldıqda tərkibində karbondioksid, oksigen və kükürd birləşmələri ortaya çıxır.

Alimlər vurğulayıb ki, su Marsın demək olar ki, hər yerində tapılıb. Araşdırmalar "Science" jurnalında dərc olunub.

Fatimə Kərimli



Teqlər:





Xəbər lenti