Lavrovun müavini BMT rəsmisi ilə Qarabağı müzakirə edib

Lavrovun müavini BMT rəsmisi ilə Qarabağı müzakirə edib
  23 Yanvar 2018    Oxunub:1853
Moskvada Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin və BMT-nin Cənubi Qafqaz üzrə Cenevrə müzakirələrinin həmsədri vəzifəsini icra edən Levent Bilman Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, tərəflər münaqişənin həlli problemlərinə toxunub. Görüşdə xüsusilə Qafqazda təhlükəsizlik və sabitlik üzrə Cenevrə müzakirələrinə diqqət ayrılıb.

Bilman, həmçinin Rusiya XİN-in müvafiq departamentlərində olaraq orada Ukraynanın şərqindəki vəziyyəti, Dağlıq Qarabağ münaqişəsinin həlli, həmçinin BMT-nin münaqişələrin qarşısının alınmasında rolunun vurğulanması ilə ümumi sülh və təhlükəsizlik məsələlərini müzakirə edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: RusiyaXİN   BMT   Qarabağ  





Xəbər lenti