Gülər Əhmədovanın məhkəməsinin vaxtı məlum olub

Gülər Əhmədovanın məhkəməsinin vaxtı məlum olub
  28 Sentyabr 2013    Oxunub:832
Hazırda həbsə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə keçiriləcək məhkəmə prosesinin hazırlıq iclasının vaxtı təyin edilib.

Hazırlıq iclası sentyabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək. Prosesə hakim Əlisultan Osmanov sədrlik edəcək.

Qeyd edək ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.(apa)


Teqlər:





Xəbər lenti