Səudiyyə Ərəbistanı neftdən imtina edir

  24 Yanvar 2018    Oxunub : 2496
Səudiyyə Ərəbistanı neftdən imtina edir
Səudiyyə Ərəbistanı post-neft erasına daxil olur və ümid edir ki, tikilən “gələcəyin meqapolisləri” ölkə iqtisadiyyatının şaxələndirilməsi və inkişafını təmin edəcək.

AzVision.az “CNBC”-yə istinadən xəbər verir ki, bunu Davos Forumunda çıxışı zamanı King Abdullah Economic City (KAEC, Kral Abdullanın iqtisadi şəhəri) layihəsinin direktoru Fəhd əl-Rəşid bildirib.
“Biz limanların inkişafı, əyləncə, həmçinin tikinti sahələrinin inkişafına ümid edirik. Biz əminik ki, doğru istiqamətdə hərəkət edirik”, - deyə direktoru Fəhd əl-Rəşid bildirib.

KAEC meqapolisi Səudiyyə Ərəbistanı ilə dünya arasında ticarət dövriyyəsinin artmasına yardım edəcək. Şəhərin əsası 2006-cı ildə qoyulub. Şəhər Ciddədən 100 kilometr aralıda yerləşir. Layihənin dəyəri 100 milyard dollarıdır.

Ər-Riyad hesab edir ki, Qırmızı dənizə yaxın olan region dünya iqtisadiyyatının artmasında mühüm rol oynaya bilər.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: Səudiyyə-Ərəbistanı