Liviyada terror aktı törədilib - 31 ölü, 71 yaralı

Liviyada terror aktı törədilib - 31 ölü, 71 yaralı
  24 Yanvar 2018    Oxunub:1099
Liviyanın Benqazi şəhərində terror aktı törədilib.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bomba yerləşdirilmiş iki maşın Benqazinin ən böyük məscidi yaxınlığında, insanlar ibadətdən çıxan zaman partladılıb. Terror aktı nəticəsində 33 nəfər ölüb, 71 nəfər yaralanıb.

Məlumata görə, terror zamanı Liviya ordusu komandanlığının istintaq şöbəsinin rəhbəri Əhməd əl-Feytarin həlak olub.

AzVision.az



Teqlər: Liviya   Terror  





Xəbər lenti