Ermənistan Makrona böyük ümidlər bəsləyir

Ermənistan Makrona böyük ümidlər bəsləyir
  24 Yanvar 2018    Oxunub:1305
"Ermənistan Fransa ilə əlaqələrin dərinləşməsi məsələsində gənc və dinamik prezident Emmanuel Makrona böyük ümidlər bəsləyir"
AzVision.az xəbər verir ki, Fransada səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyan bu barədə “L'Express” nəşrinə müsahibəsində bildirib.

Sarkisyan hesab edir ki, Fransa Ermənistanın önəmli tərəfdaşıdır: “Artıq 25 ildir ki, Ermənistan və Fransa diplomatik əlaqələr qurub. Bizim xalqlarımız bir-biri ilə bağlıdır və bu əlaqələr son illər xüsusilə iqtisadi, mədəni və elm-təhsil sahələrində daha da möhkəmlənir”.

Ermənistan prezidenti, həmçinin xatırladıb ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsidir: “Ötən ilin noyabr ayının 24-də Ermənistan Avropa İttifaqı (Aİ) ilə genişləndirilmiş əməkdaşlıq haqqında saziş imzalayıb ki, bu da bizim üçün yeni perspektivlər və sonrakı inkişaf üçün imkanlar açıb”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Ermənistan   Fransa   Sarkisyan  





Xəbər lenti