Nalbandyan özü barədə şayiələr yayır

Nalbandyan özü barədə şayiələr yayır
  24 Yanvar 2018    Oxunub:1478
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan prezidentliyə namizəd olacağı barədə şayiələr yayır.
AzVision.az xəbər verir ki, bu barədə İrəvanın “Jamanak” nəşri məlumat yayıb.

“Nalbandyan hesab edir ki, Armen Sarkisyan 1997-ci ildə olduğu kimi prezident postunda çox qala bilməyəcək və günlərin bir günü istefa verərək çox sevdiyi Londona gedəcək. Armen Sarkisyana onun bioqrafiyasında prezident olması barədə məlumat lazımdır. Buna isə yalnız prezident postunda bir neçə ay işlədikdən sonra nail olmaq olar ki, bu da biznes nöqteyi-nəzərdən çox sərfəlidir. Bundan sonra hamı Edvard Nalbandyanı xatırlayacaq”, - deyə nəşr yazıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ermənistan   Naldandyan  





Xəbər lenti