“Münaqişə inkişaf üçün maneədir, konflikt insan hüquqlarına təsir edir, tərəflərin xeyli maliyyə itirməsi ilə nəticələnir. Dağlıq Qarabağ münaqişəsinin həllinin vaxtı çoxdan çatıb. Lakin danışıqlar prosesinə təsir edən məqamlardan biri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçirilən görüşlər zamanı əldə olunan razılaşmaların həyata keçirilməməsidir. Ona görə də hazırda əsas olan münaqişə tərəfləri arasında inam mühitinin yaradılmasıdır. Dünya birliyinin münaqişənin həllinə necə təsir etməsinə gəldiksə isə, dünya birliyi hər iki tərəfi daha realistik mövqeyə yaxınlaşdıra bilər”, - Sarkisyan alman deputata cavabında deyib.
Qeyd edəki ki, Sarkisyan Ermənistanın Qarabağ münaqişəsinin həllində maraqlı olduğunu desə də, real mənzərə onu tamamilə yalanlayır. İrəvanın illərdir sərgilədiyi qeyri-konstruktiv mövqe münaqişənin həllində ən böyük maneədir. Görünən odur ki, Ermənistan münaqişənin həllində yox, hazırki status-kvovunun saxlanılmasında maraqlıdır.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: Ermənistan Sarkisyan Qarabağ