Afrində 287 terrorçu zərərsizləşdirilib - 47 hədəf vurulub

Afrində 287 terrorçu zərərsizləşdirilib - 47 hədəf vurulub
  25 Yanvar 2018    Oxunub:1438
Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirilən hərbi əməliyyatlarla bağlı son məlumatları açıqlayıb.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, "Zeytun budağı" əməliyyatı çərçivəsində 287 terrorçu zərərsizləşdirilib.

Bildirilib ki, ötən gün şəhid olan iki hərbçinin nəşi döyüş bölgəsində qaldığından götürmək mümkün olmayıb.

Qeyd edilib ki, bu gün hava hücumlarına 27 qırıcı təyyarə cəlb olunub, PKK, PYD və İŞİD terrorçularına məxsus 47 hədəf vurulub.

Hazırda Afrində antiterror əməliyyatları uğurla davam etdirilir.

AzVision.az


Teqlər: Afrin   TSQ   Türkiyə   Suriya  





Xəbər lenti