Kitab gəncləri birləşdirdi
Tədbirdə yazıçı İbrahim Rüstəmli, şair Elçin Mirzəbəyli və yazıçı Kənan Hacı iştirak edib.
Qeyd olunub ki, Azərbaycan gənclərinin bədii və elmi ədəbiyyata marağı tarixin müxtəlif dövrlərində fərqli olub. Lakin Azərbaycan ədəbi və elmi mühiti hər zaman dünyaya öz töhvəsini verib. Bildirilib ki, gənclərin bədii və elmi ədəbiyyata maraqlarının artırılması üçün ədəbi və elmi ədəbiyyatın müəllifləri tanıması vacibdir. Vurgulanıb ki, kitab oxumaq bəziləri üçün gərəksiz, bəziləri üçün sadəcə hobbi, bəziləri üçünsə olmazsa olmazlardan biridir. Hər kitab fərqli şeylər öyrədir, fərqli duyğular hiss etdirir, fərqli həyatlar sərgiləyir, fərqli dünyalara aparır.
Tövsiyyə olunub ki, yaxşı yazan müəlliflərin əsərlərini oxumaq lazımdır. Əsas oxunmuş kitabların çoxluğu deyil, məhz başa düşülən kitabların çoxluğudur.
Sonda Aytən Yusifzadə deyib ki, gənclərlə yazarların tanışlığı onlarda ədəbi mühitə maraq yaradacaq və gənclərin kitab oxumağı yaxşı adət olacaqdır.
Yazarlar gənclərin suallarını da cavablandırıb.
Teqlər: