Türkiyəyə növbəti raket hücumu - 2 ölü, 11 yaralı

Türkiyəyə növbəti raket hücumu - 2 ölü, 11 yaralı
  25 Yanvar 2018    Oxunub:1367
Suriya ərazisindən Türkiyənin Kilis şəhərinə atılan raketlər nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb. Həlak olanlardan biri Türkiyədə sığınacaq tapan suriyalıdır.
"Anadolu" agentliyinin verdiyi xəbərə görə, PYD/PKK terrorçu birləşməsi tərəfindən atılan raketlərdən biri məscidin kümbəzini deşərək içəri düşüb. Yaralılardan altısının vəziyyəti ağırdır.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri 5 gündür ki, Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı antiterror əməliyyatı aparır.

AzVision.az


Teqlər: Türkiyə   PKK   PYD   Suriya  





Xəbər lenti