Ceyms Kukun abidəsi təhqir olundu - FOTO

Ceyms Kukun abidəsi təhqir olundu - FOTO
  25 Yanvar 2018    Oxunub:3525
Avstraliyanın şərq sahillərini kəşf edən Ceyms Kukun Melburndakı abidəsinə çəhrayı boya atılıb.
1914-cü ildə “Сatani Gardens” bağında ucaldılan abidənin aşağı hissəsində naməlum şəxslər tərəfindən qırmızı hərflərlə “Fəxr etmirik” sözləri də yazılıb.

Bundan əlavə, Melburndakı Avstraliya qitəsini cənubdan şimala ilk dəfə keçən Robert Berk və Uilyam Uillisin abidəsi də təhqirə məruz qalıb. Həmin abidəyə isə yaşıl boya atılıb.

Hazırda bu ölkədə Avstraliya Gününün yanvarın 26-dan başqa tarixə keçirilməsi ilə əlaqədar qızğın mübahisələr gedir. Həmin gün ilk dəfə 1788-ci ildə Britaniya donanması Sidney buxtasına yan alıb. Qəzetin yazdığına görə, avstraliyalıların əksəriyyəti həmin günü “işğal günü” adlandırır. (AzərTAc)



AzVision.az


Teqlər: Ceyms-Kuk  





Xəbər lenti