Erməni oliqarxlar Sarkisyanın varisinə qarşı

Erməni oliqarxlar Sarkisyanın varisinə qarşı
  25 Yanvar 2018    Oxunub:2762
Erməni oliqarxlar Ermənistanda Respublikaçı Partiyasından prezidentliyə namizəd Armen Sarkisyana qarşıdır.

AzVision.az “Jamanak” nəşrinə istinadən xəbər verir ki, bir çox iş adamları Armen Sarkisyanın timsalında ölkənin biznes həyatında yeni rəqibin olacağından narahatdır.
Onlar əmindirlər ki, Sarkisyan bir sıra biznes sahələrini əlinə keçirməyə çalışacaq ki, bu da yalnız digər biznesmenlərin hesabına formalaşa bilər:

“Ola bilsin ki, yaxın gələcəkdə oliqarxlar tərəfindən Armen Sarkisyanı ifşa edən məlumatlar yayılacaq. Bu da son nəticədə onun prezidentlik istəyindən imtina etməsi ilə nəticələnəcək”.

Qeyd edək ki, Ermənistanın hazırki rəhbəri Serj Sarkisyan ötən həftə Armen Sarkisyanın prezidentliyə namizədliyini elan edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ermənistan   Oliqarx   Etiraz  





Xəbər lenti