Sabah Bakının 3 rayonunda içməli su kəsiləcək

Sabah Bakının 3 rayonunda içməli su kəsiləcək
  28 Sentyabr 2013    Oxunub:1205
Sabunçu, Suraxanı və Xətai rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
AzVision.az “Azərsu” ASC-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı şəhəri Sabunçu rayonu ərazisində yeni çəkilmiş 1000 mm diametrli magistral su xəttinin şəbəkəyə qoşulması işlərinin aparılması ilə əlaqədar 28 sentyabr 2013-cü il tarixdə gün ərzində paytaxtın Sabunçu, Suraxanı və Xətai rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.


Teqlər:  





Xəbər lenti