Bakıda uşaq su kanalında boğuldu

  28 Sentyabr 2013    Oxunub : 453
Bakıda uşaq su kanalında boğuldu
Sabunçu rayon sakini su kanalına yıxılaraq boğulub.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfər azyaşlı su kanalına düşüb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıb.

Azyaşlının meyiti batdığı yerdən dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Teqlər: