Afrində 306 terrorçu zərərsizləşdirilib

Afrində 306 terrorçu zərərsizləşdirilib
  26 Yanvar 2018    Oxunub:1185
Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirilən “Zeytun budağı” adlı antiterror əməliyyatının 6-cı günü ilə bağlı məlumat yayıb.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, gün ərzində 14 təyyarə əməliyyatlara cəlb olunub, terrorçuların sığınacaq, silah anbarı və digər məqsədlərlə istifadə etdiyi 25 hədəf məhv edilib.

Ümumilikdə isə "Zeytun budağı" əməliyatı zamanı 306 terrorçu zərərsizləşdirilib.

Afrində əməliyyatların uğurla davam etdirildiyi bildirilib.

AzVision.az


Teqlər: Afrin   Türkiyə   Suriya  





Xəbər lenti