Ermənistan ən çox şikayət olunan 10 ölkədən biridir

Qeyd olunub ki, ötən il Ermənistandan Avropa İnsan Haqları Məhkəməsinə 356 şikayət daxil olub. Ümumilikdə isə Ermənistan əhalisinin sayına görə, 2017-ci ildə hər 10 min nəfərə 1,19 şikayət düşür.
Ötən il AİHM 109 iddianı Ermənistana qarşı yolverilməz hesab edib. 44 şikayət barədə hökumətə göstəriş verilib və 12 iş üzrə qətnamə çıxarılıb.
Hazırda məhkəmədə Ermənistandan daxil olan 1819 ərizənin baxılması gözlənilir. İndiyədək Ermənistan üzrə Avropa İnsan Haqları Məhkəməsi 87 qərar çıxarıb.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: Ermənistan AİHM