Karapetyan baş nazirin müavini olacaq

Karapetyan baş nazirin müavini olacaq
  26 Yanvar 2018    Oxunub:1475
Ermənistanın hazırkı baş naziri Karen Karapetyan aprelin 9-dan sonra (hökumət istefaya gedəcək) baş nazirin müavini postuna gətirilə bilər.
AzVision.az xəbər verir ki, bu barədə “Jamanak” nəşri məlumat yayıb.

“Hazırkı müavin Vache Qabrielyan Beynəlxalq iqtisadi inteqrasiya və islahatlar naziri təyin olunsa, onda Karapetyan Avrasiya İqtisadi İttifaqı (Aİİ) xətti üzrə baş nazirin müavini olacaq”, - deyə nəşr yazıb.

Qeyd edilib ki, hökumətin yeni strukturu bunu etməyə imkan verir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ermənistan   Karapetyan  





Xəbər lenti