Qırğızıstanda 15 nəfər donaraq ölüb

Qırğızıstanda 15 nəfər donaraq ölüb
  26 Yanvar 2018    Oxunub:1324
Yanvar ayı ərzində Qırğızıstanın paytaxtı Bişkekdə havanın kəskin soyuması nəticəsində 15 nəfər donaraq ölüb.
AzVision.az xəbər verir ki, bu barədə Bişkekin daxili işlər baş idarəsi məlumat yayıb. Bildirilib ki, donaraq ölən şəxslərin yaşayış yeri olmayıb. Eyni zamanda küçədə yaşayan 85 nəfər sosial sığınacağa aparılıb.

Qeyd edək ki, Qırğızıstanda yanvarın 26-da hava şəraitinin kəskin pisləşəcəyi ilə bağlı xəbərdarlıq edilib. Ölkənin Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, respublikanın bəzi dağlıq bölgələrində yanvarın 26-dan 29-na keçən gecə temperaturun gecə mənfi 40-45 dərəcə, gündüz mənfi 28-33 dərəcə olacaq. Paytaxtda isə 25-30 dərəcə şaxta gözlənilir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Qırğızıstan   Bişkek   Soyuq  





Xəbər lenti