Afrində 343 terrorçu məhv edilib

Afrində 343 terrorçu məhv edilib
  26 Yanvar 2018    Oxunub:1238
Türkiyə qırıcıları bu gecə Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına məxsus 23 hədəfi məhv edib.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahının məlumatında bildirilib. 13 hərbi təyyarənin həyata keçirdiyi hava əməliyyatlarında terrorçuların sığınacaq və silah anbarları məhv edilib.

Əməliyyatlar zamanı 343 terrorçu zərəsizləşdirilib. Əməliyyatın planlı şəkildə davam etdiyi qeyd edilib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Türkiyə   Afrin   Terror  





Xəbər lenti