Sabiq prezidentin pasportu əlindən aldı

Sabiq prezidentin pasportu əlindən aldı
  26 Yanvar 2018    Oxunub:1204
Braziliya məhkəməsi ölkənin sabiq prezidenti Luisa Inasiu Lula da Silvanın pasportunu əlindən alıb.
AzVision.az “Reuters”-ə istinadən xəbər verir ki, bunu siyasətçinin nümayəndəsi bildirib. Məlumata əsasən, bu addım Silvanın ölkədən çıxmaması üçün atılıb.

Qeyd edək ki, Luisa Inasiu Lula da Silva korrupsiyada ittiham olunur. Apelyasiya məhkəməsinin qərarına əsasən, Silvaya 19 il ərzində siyasətlə məşğul olmaq qadağan edilib. Kuritaba şəhər federal polisi da Silva və onun xanımını qanunsuz sxem nəticəsində OAS tikinti şirkətindən 748 min dollar almaqda ittiham edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Braziliya   Prezident   Pasport  





Xəbər lenti