Rusiya aviasiyası azərbaycanlıların axtarışını dayandırdı

Rusiya aviasiyası azərbaycanlıların axtarışını dayandırdı
  26 Yanvar 2018    Oxunub:2345
Yapon dənizində itkin düşən “Vostok” balıqçı gəmisinin axtarışı ilə məşğul olan aviasiya qrupları işini dayandırıb.
AzVision.az xəbər verir ki, bu barədə “Ria Novosti”yə “Vladivostok” xilasetmə və koordinasiya mərkəzinin nümayəndəsi bildirib. Qeyd olunub ki, iki gəmi gecə saatlarında axtarışları davam etdirəcək.

Qeyd edək ki, Rusiyaya məxsus "Vostok" balıqçı gəmisi Yapon dənizinin Primorski vilayəti sahillərində yoxa çıxıb. Gəminin göyərtəsində 21 nəfər olub. İtkin düşən şəxslərdən ikisi Rusiya vətəndaşı olan azərbaycanlı matros Mübariz Hüseynov və Ruslan Əlizadədir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Yapon   Dəniz   Gəmi   Matros  





Xəbər lenti