Avropalı deputat Qarabağa qanunsuz səfər edib

Avropalı deputat Qarabağa qanunsuz səfər edib
  26 Yanvar 2018    Oxunub:2514
Avropa parlamentinin İsveçdən olan deputatı, xarici əlaqələr üzrə Komissiyanın üzvü Lars Adaktusson Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edib.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, Avroparlamentin deputatı qondarma qurumun “xarici işlər naziri” Masis Mailyanla görüş keçirib.
Qeyd edək ki, Azərbaycanın qanunvericiliyə əsasən işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edən şəxslər Xarici İşlər Nazirliyinin (XİN) arzuolunmaz şəxslər siyahısına daxil edilir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Qarabağ   Səfər   Deputat   Avropa-Parlamenti  





Xəbər lenti