Qurban Qurbanov millinin heyətini açıqladı

Qurban Qurbanov millinin heyətini açıqladı
  26 Yanvar 2018    Oxunub:2944
Yanvarın 27-dən 31-dək Antalyada təlim-məşq toplanışı, hazırlıq prosesi çərçivəsində yanvarın 30-da Moldova yığması ilə yoldaşlıq oyunu keçirəcək futbol üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb.
AzVision.az AFFA-ya istinadla xəbər verir ki, millimizin heyətinə Qara Qarayev, Maksim Medvedev, Əfran İsmayılov, Rahid Əmirquliyev, Mahir Mədətov, Ramil Şeydayev, Elvin Yunuszadə, Coşqun Diniyev, Abbas Hüseynov, Şahrudin Məhəmmədəliyev, Riçard Almeyda (hamısı “Qarabağ”), Kamran Ağayev (“Keşlə”), Ruslan Abışov, Rəhman Hacıyev, Məhəmməd Mirzəbəyov, Emin Mahmudov, Rəşad Əzizli, Anton Krivotsyuk (hamısı “Neftçi”), Cavid Hüseynov, Ruslan Qurbanov, Təmkin Xəlilzadə (hər üçü “Qəbələ”), Cavid İmamverdiyev, Bəhlul Mustafazadə (hər ikisi “Sumqayıt”) və Pavel Paşayev (“Oleksandriya”, Ukrayna) dəvət olunublar.

AzVision.az


Teqlər: AFFA   Milli   Qurban-Qurbanov  





Xəbər lenti