BMT Suriya ilə bağlı qətnamə qəbul etdi

BMT  Suriya ilə bağlı qətnamə qəbul etdi
  28 Sentyabr 2013    Oxunub:1116
AzVision.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, BMT-nin Təhlükəsizlik Şurası Suriyada kimyəvi silahların məhv edilməsinə dair qətnamə qəbul edib.
Qətnamədə onun yerinə yetirilməməsi, o cümlədən kimyəvi silahın qanunsuz göndərilməsi və Suriyada tətbiq olunması halda BMT nizamnaməsinin 7-ci başlığı üzrə tədbirlər görüləcəyi bildirilir.

Bu fəsil sülh və təhlükəsizliyin təmin olunması üçün hərbi əməliyyatlar daxil olmaqla, sərt tədbirlərin keçirilməsini nəzərdə tutur.

Şuranın üzvü olan on beş ölkə, beynəlxalq nəzarət altında zəhərləyici maddələrin məhv edilməsi üzrə prosedurlar haqda Suriyanın kimyəvi silahları qadağan olunması üzrə Təşkilatın (KSQT) qərarını alqışlayıb.

Qətnamə bütün dövlətlərdən kimyəvi silahların əldə edilməsi və tətbiqi ilə bağlı qeyri-dövlət subyektlərinə yardım etməməyi tələb edir.

AzVision.az


Teqlər:  





Xəbər lenti