Seçki bülletenlərinin çapına başlandı

Seçki bülletenlərinin çapına başlandı
  28 Sentyabr 2013    Oxunub:1015
Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı bu gündən Milli Məclisin mətbəsində bulletenlərin çap prosesinə start verilib.
Bununla bağlı şənbə günü Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərliyi ilə mətbəyə baxış keçirilib.

M.Pənahov jurnalistlərə bildirib ki, ümumiyyətlə 5 milyon 149 min 255 ədəd buliten çap olunacaq. Çap olunmuş bulletenlər dairə seçki komissiyalarına sentyabrın 30-da təhfil veriləcək. Bulletenlərin çap olunma prosesinə nəzarət üçün beynəlxalq müşahidəçilər də dəvət olunub.(Trend)

Ümumi çap prosesinə nəzarət Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən aparılacaq.

Qeyd edək ki, prezident seçkisi oktyabrın 9-da keçiriləcək.


Teqlər:





Xəbər lenti