Daha bir partiya İlham Əliyevi dəstəkləyəcək

Daha bir partiya İlham Əliyevi dəstəkləyəcək
  28 Sentyabr 2013    Oxunub:1162
`Parlament, prezident seçkiləri zamanı debatlarda belə söz-söhbətlərin şahidi oluruq. Bəzən etikadan kənara çıxan məsələlərlə rastlaşırıq. Amma Azərbaycan mentaliteti üçün bu, normal hal deyil. `
Bunu istiqlalçı deputat, Ali Məhkəmənin keçmiş sədri, Vəhdət Partiyasının rəhbəri Tahir Kərimli seçki debatında prezidentiyə namizədlər arasında baş verən qalmaqala münasibət bildirərkən deyib. Onun sözlərinə görə, debatlarda heç bir namizəd öz platformasından çıxış etmir :`Namizədlər Prezident seçiləcəyi təqdirdə, görəcəkləri işlər barədə heç nə danışmırlar. Sadəcə qarşı tərəflər bir-birlərini ittiham edirlər. Bəzən bu ittihamlar faktlara söykənmədən baş verir. Bəzən isə kobud təhqirlərlə müşahidə olunur. Bu kobud rəftar debatların, prezident seçkilərinin əhəmiyyətini azaldır`.

T. Kərimli debatların dəyirmi masa formasında keçirilməsinin əleyhinə olduğunu vurğulayıb :`Bu debatların dəyirmi masa formasında keçirilməsinin əleyhinəyəm. Fərdlərin ayrı-ayrılıqda çıxışı daha məqsədəuyğundur ki, hər kəs öz prezidentlik iddialarını ortaya qoysun`.

Vəhdət Partiyasının sədri seçkilərdə partiyanın İlham Əliyevi dəstəkləyəcəyini bildirib :`Bizim partiya İlham Əliyevə səs verəcək. Amma İlham Əliyev yenidən prezident seçildiyi halda yeni kadr siyasəti, korrupsiyaya qarşı ciddi mübarizə aparmalıdır. Seçkilərdən sonra real dəyişikliklər gözləyirik`.

Nihadə EYYUBOVA


Teqlər:  





Xəbər lenti