Məmmədyarov dünya çempionu ilə heç-heçə etdi

  26 Yanvar 2018    Oxunub : 543
Məmmədyarov dünya çempionu ilə heç-heçə etdi

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən “Tata Steel Chess” superturnirinin XI turunda Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb.

Oyunda qalib müəyyənləşməyib, heç-heçə qeydə alınıb. Bununla xallarını 7,5 çatdıran qrossmeysterlər şərikli liderə çevriliblər.

Qeyd edək ki, 7 xala malik Aniş Giri XI tur çərçivəsində ABŞ təmsilçisi Fabiano Karuana ilə qarşılaşır.

AzVision.az

Teqlər: Şahmat   Şəhriyar-Məmmədyarov