Suriya danışıqları nəticəsiz başa çatdı - 9-cu raund

ABŞ-ın mövqeyini tənqid edən nümayəndə heyətinin rəhbəri bütün ümidlərin Rusiyanın Soçi şəhərində keçiriləcək konfransa bağlandığını da dilə gətirib. Rəsmi Dəməşq ümid edir ki, Soçi konfransından sonra Suriyadakı bütün siyasi qüvvələr xaricdən heç bir müdaxilə olmadan dialoq prosesinə başlayacaqlar. Lakin Suriya müxalifəti Soçi konqresinə skeptik yanaşır.
Qeyd edək ki, BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Misturanın dəvəti və BMT-nin himayəsi ilə keçirilən görüşlərdə S. de Mistura hökumət və müxalifət nümayəndə heyətləri ilə ayrı-ayrılıqda danışıqlar aparıb. Bu zaman tərəflər arasında yaxınlaşmaya ümid bəslənilsə də, ciddi irəliləyiş əldə olunmayıb. Suriya müxalifətinin gələn həftəyə təyin olunan Soçi konfransında iştirak edəcəyi də sual altındadır. (AzərTAc)
AzVision.az