Rusiya təyyarəsi dənizdə itən iki azərbaycanlının izinə düşdü - Yenilənib

Rusiya təyyarəsi dənizdə itən iki azərbaycanlının izinə düşdü - Yenilənib
  27 Yanvar 2018    Oxunub:7131
Yapon dənizində itkin düşən “Vostok” (Şərq) gəmisinin axtarış ərazisinin miqyası genişləndirilib. 

AzVision.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə “Vladivostok” xilasetmə və koordinasiya mərkəzinin nümayəndəsi bildirib.
“Axtarış ərazisi genişləndirilib. Hadisə yerinə “Kunaşir” teploxodu gələrək axtarışlara qoşulub. Bundan əlavə, hadisə yerində xilasedici gəmisi, “Fesco” gəmisi, “Mi-8” helikopteri və “Be-200” təyyarəsi işləyir. Getdikcə hava yaxşılaşır”, - deyə nümayəndə bildirib.

Nümayəndənin sözlərinə görə, axtarışlar zamanı “Be-200” təyyarəsi sala bənzər predmet aşkarlanıb. Hazırda ərazinin yoxlanılması üçün ora gəmi göndərilib.

Qeyd edək ki, Rusiyaya məxsus "Vostok" balıqçı gəmisi Yapon dənizinin Primorski vilayəti sahillərində yoxa çıxıb. Gəminin göyərtəsində 21 nəfər olub. İtkin düşən şəxslərdən ikisi Rusiya vətəndaşı olan azərbaycanlı matros Mübariz Hüseynov və Ruslan Əlizadədir.

Eldar Tanrıverdiyev


AzVision.az




Teqlər: Rusiya   Vostok  





Xəbər lenti