Növbəti qanlı terror: 95 ölü, 158 yaralı (Yenilənib)

Növbəti qanlı terror: 95 ölü, 158 yaralı (Yenilənib)
  27 Yanvar 2018    Oxunub:2863
Əfqanıstanın paytaxtı Kabildə törədilən terror aktı nəticəsində ölənlərin sayı artıb.
AzVision.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, ölü sayı 95-ə çatıb. Hadisə nəticəsində 158 nəfər isə xəsarət alıb.

Əfqanıstan daxili işlər nazirinin müavini partlayışla əlaqəli olan 4 nəfərin həbs edildiyini bildirib.

***
(18:20)

Əfqanıstanın paytaxtı Kabildə terrorçu-kamikadze partlayış törədib.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, minalanmış təcili tibbi yardım avtomobilinin partladılması nəticəsində 63 nəfər ölüb, 151 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Partlayış xarici ölkə səfirliklərinin və hökumət binalarının yerləşdiyi diplomatik məhəllədə törədilib. Terror aktının məsuliyyətini “Taliban” hərəkatı üzərinə götürüb.

AzVision.az


Teqlər: Əfqanıstan   Terror   Kabil  





Xəbər lenti