Daxili Qoşunların zabiti qəza törətdi

Daxili Qoşunların zabiti qəza törətdi
  28 Sentyabr 2013    Oxunub:1387
Daxili Qoşunların Zaqatalada yerləşən N saylı hərbi hissənin zabiti yol qəzası törədib.
Hadisə dünən secə saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolununun Zaqatalanın Yuxarı Tala kəndindən keçən hissəsində baş verib.

Daxili Qoşunların mayoru Nuşirəvan Əliyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Yuxarı Tala kəndi ərazisindəki fındıq sexindən işdən çıxıb evə gedən Zaqata rayonunun Aşağı Tala kənd sakini, 1985-ci il təvəllüdlü Kərimova Ülviyyə İbrahim qızını vurub.

Nəticədə müxtəlif dərəcəli ağır bədən xəsarətləri almış Ü. Kərimova Zaqatala rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə isə, xəstənin durumu ağırdır,hazırda müalicəsi davam etdirilir. Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.


Teqlər:





Xəbər lenti