Afrində 484 terrorçu zərərsizləşdirilib

Afrində 484 terrorçu zərərsizləşdirilib
  28 Yanvar 2018    Oxunub:2153
Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirilən "Zeytun budağı" antiterror əməliyyatı ilə bağlı yeni məlumatları açıqlayıb.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, əməliyyatlar zamanı indiyədək 484 terrorçu zərərsizləşdirilib. Bildirilib ki, PYD, YPG və İŞİD mövqelərinə sarsıdıcı zərbələr vurulub. Əməliyyatlar hazırda uğurla davam etdirilir.

Xatırladaq ki, Türkiyənin Suriya ilə sərhədindəki Afrin bölgəsinin terrorçulardan təmizlənməsi məqsədi daşıyan “Zeytun budağı” əməliyyatı yanvarın 20-də başlayıb.

AzVision.az


Teqlər: Türkiyə   Afrin   Suriya   Əməliyyat  





Xəbər lenti