Bakı-Tehran avireysləri təxirə salınıb

Bakı-Tehran avireysləri təxirə salınıb
  28 Yanvar 2018    Oxunub:2222
İranda güclü qarın yağması ciddi fəsadlar törədib.
AzVision.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, bazar günü səhər Tehranda məktəblər və bir sıra dövlət idarələri fəaliyyətini dayandırıb.

İranın Qərb və Şərq əyalətlərində yollar bağlanıb və nəqliyyatın hərəkatı məhdudlaşdırılıb.

Tehranın Mehrabad və İman Xomeyni beynəlxalq hava limanları bağlanıb. Dünən gecə və bu gün Bakı-Tehran avireysləri təxirə salınıb.

AzVision.az


Teqlər: Bakı   Tehran   Aviareys  



Xəbər lenti