Afrin əməliyyatının 9-cu günü: 557 terrorçu məhv edilib

Afrin əməliyyatının 9-cu günü: 557 terrorçu məhv edilib
  29 Yanvar 2018    Oxunub:2647
Suriyanın Afrin bölgəsində keçirilən "Zeytun budağı" antiterror əməliyyatlarının 9-cü gününə olan məlumatlar açıqlanıb.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Azad Suriya Ordusu ilə birlikdə həyata keçirdiyi əməliyyatlar zamanı bu günədək 557 terrorçu zərərsizləşdirilib.

Gün ərzində PKK, PYD, YPG, İŞİD terrorçularına məxsus anbar və sığınacaqlar bombalanıb, 20 hədəf məhv edilib. Döyüş tapşırığını yerinə yetirən 13 qırıcı təyyarə bazaya geri qayıdıb.

Əməliyyatların 9-cu günündə Türkiyə ordusunun iki hərbçisi yaralanıb. Azad Suriya Ordusunun bir əsgəri şəhid olub, 4 nəfər isə xəsarət alıb. Uğurlu əməliyyatlar zamanı bu gün 73 yaraqlı məhv edilib.

Günün ən uğurlu əməliyyatı strateji Burseya dağı ətrafında baş tutub. Türkiyə TSQ Azad Suriya Ordusu ilə birlikdə dağı terrorçulardan geri alıb.

Qeyd edək ki, Burseya dağı Afrinin şimal-qərbində yerləşir. Bu dağdan PYD/YPG terrorçuları Türkiyənin sərhəd şəhərlərini və Suriyada müxalif Azad Suriya Ordusunun nəzarətində olan Azez şəhərini atəşə tuturdu.

AzVision.az


Teqlər: Afrin   Türkiyə   TSQ   Suriya  





Xəbər lenti