Hərbi akademiyaya silahlı hücum: 2 ölü, 10 yaralı (Yenilənib)

Hərbi akademiyaya silahlı hücum: 2 ölü, 10 yaralı (Yenilənib)
  29 Yanvar 2018    Oxunub:2289
Əfqanıstanın paytaxtı Kabil şəhərində yerləşən Marşal Fahim adına hərbi akademiyaya silahlı hücumu İŞİD terror təşkilatı öz üzərində götürüb.
AzVision.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

***
(09:15)

Bu gün səhər saatlarında Əfqanıstanın paytaxtı Kabil şəhərində yerləşən Marşal Fahim adına hərbi akademiyaya silahlı hücum edilib.

AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, hücumu 5 nəfərdən ibarət qrup təşkil edib.

Hücum nəticəsində 2 hərbçi ölüb, 10-u isə yaralanıb. Qrup üzvlərindən 3-ü məhv edilib, biri tutulub. Digərinin tutulması istiqamətində əməliyyat keçirilir.

AzVision.az


Teqlər: Əfqanıstan   Hücum  





Xəbər lenti