Ermənistan əsirimizi azad etmək üçün pul istəyir

Ermənistan əsirimizi azad etmək üçün pul istəyir
  28 Sentyabr 2013    Oxunub:1177
Avqustun 17-də erməni sərhədçiləri tərəfindən əsir götürülən Gürcüstan vətəndaşı Allahverdi Pələngovun oğlu oktyabrın ilk 10 günlüyündə atası ilə görüşməyi planlaşdırıb.

`10 gün bundan öncə Ermənistandan məktub gəldi ki, biz ya 200- 400 min dram cərimə ödəmliyik ya da ki, atam iki il müddətinə həbs ediləcək`. Bunu AzVision.az-a erməni sərhədçiləri tərəfindən əsir götürülən Allahverdi Pələngovun oğlu Kənan Pələngov deyib. O, bildirib ki, tələb olunan cəriməni ödəməyə hazırlaşırlar.

`Atama iş verməsinlər deyə cərimə ödəyəcəyik. Ona 400 dram (təq.800 AZN) cərimə kəsiblər. Hələlik gözləyirik.Oktyabrın 10-a kimi məhkəmə olmalıdır. Məhkəmə prosesi vaxtından tez başlayarsa, atamla görüşmək planımız yoxdur. Amma gec olarsa 5-6 günə yenidən onu görməyə gedəcəyik`.

Qeyd edək ki, A. Pələngov Ermənistan Təhlükəsizlik Xidmətinin təcridxanasında saxlanılır və “sərhədi qanunsuz keçmək”də ittiham edilir.

Şahanə Rəhimli


Teqlər:  





Xəbər lenti