Təyyarə təcili maşın yoluna eniş edib

Təyyarə təcili maşın yoluna eniş edib
  29 Yanvar 2018    Oxunub:1627
“Beechcraft G33” tipli birmühərrikli təyyarə Los-Anceles yaxınlığında yerləşən avtomagistrala təcili eniş edib.

AzVision.az xəbər verir ki, bu barədə “NBC Los Angeles” telekanalı məlumat yayıb.
Məlumata əsasən, hadisə bazar günü axşam saatlarında Kosta-Mesa yaxınlığında baş verib. ABŞ Mülki Aviasiya Federal İdarəsinin yaydığı məlumata görə, təyyarə yerli “John Wayne” hava limanına hərəkət edirmiş. Lakin havada olarkən onun mühərrikində problem yaranıb.

Nəticədə təyyarə avtomagistrala təcili eniş edib. İnsident nəticəsində heç kim xəsarət almayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Təyyarə   ABŞ  





Xəbər lenti