İrəvan Lavrovun Qarabağ təklifini dəstəkləmədi: “20 il əvvəl aktual idi”

  29 Yanvar 2018    Oxunub : 7094
İrəvan Lavrovun Qarabağ təklifini dəstəkləmədi: “20 il əvvəl aktual idi”
"Rusiya tərəfi bazanın dislokasiyası haqda sazişə edilən dəyişikliklərə uyğun olaraq Ermənistanın təhlükəsizliyini təmin edir"

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan 2017-ci ilin yekunlarını şərh edərkən deyib.
“Aydındır ki, Rusiya yalnız ATƏT-in Minsk qrupunun həmsədri kimi deyil, həm də vacib regional oyunçu kimi sabitliyin saxlanılmasında mühüm rol oynayır”, - deyə Nalbandyan vurğulayıb.

Rusiya XİN rəhbəri Sergey Lavrovun Qarabağ münaqişəsinin mərhələli həlli barədə çıxışına toxunan Nalbandyan qeyd edib ki, mərhələli və ya paket variantı 20 il əvvəl aktual idi. Bu gün isə belə deyil.

"Həmsədrlər dəfələrlə bildiriblər ki, məsələ təkliflər paketi əsasında həll olunmalıdır və bir prinsipi seçmək cəhdləri nizamlanmanı mümkünsüz edir. Paket nizamlanma isə mərhələli həll yolunu nəzərdə tutur".

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: Nalbandyan   Qarabağ   Lavrov