Məmmədyarov ötən il Nalbandyanla 5 dəfə görüşüb

Məmmədyarov ötən il Nalbandyanla 5 dəfə görüşüb
  29 Yanvar 2018    Oxunub:1784
Ötən il ərzində Azərbaycan və Ermənistanın XİN rəhbərləri Edvard Nalbandyanla Elmar Məmmədyarov arasında beş dəfə görüş keçirilib.

AzVision.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan 2017-ci ilin yekunlarını şərh edərkən deyib.
“16 ay sonra 16 oktyabr 2016-ci il tarixində Cenevrədə Ermənistan və Azərbaycan prezidentləri arasında görüş baş tutub”, - deyə Nalbandyan vurğulayıb.

Onun sözlərinə görə, təxminən dörd il fasilədən sonra isə Cenevrədə sammit zamanı Ermənistan və Azərbaycan XİN rəhbərləri, ATƏT-in Minsk qrupunun birgə bəyanatı qəbul edilib. Bəyanatda danışıqlar prosesinin aktivləşdirilməsi və təmas xəttində gərginliyin azaldılması üçün əlavə addımların atılmasının vacibliyi vurğulanıb.

Ermənistan XİN-in yaydığı məlumata əsasən, ATƏT-in Minsk qrupu formatında 14 bəyanat qəbul olunub ki, bu bəyanatlarda Vyana və Sankt-Peterburqda əldə olunan razılaşmaların reallaşdırılması öz əksini tapıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Nalbandyan   Məmmədyarov   Azərbaycan   Ermənistan   Qarabağ  





Xəbər lenti