Paris təşviş içində: Yüzlərlə ev işıqsız qaldı

Paris təşviş içində: Yüzlərlə ev işıqsız qaldı
  29 Yanvar 2018    Oxunub:2333
Paris şəhəri ərazisində Sena çayında suyun səviyyəsi 5,8 metrlik pik həddə çatıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, daşqın səbəbindən Paris regionunda təxminən 1,5 min nəfər təxliyə olunub, yüzlərlə ev elektriksiz qalıb.

Bundan əlavə, “Luvr” muzeyinin rəhbərliyi incəsənət əşyalarının xilas edilməsi üzrə təcili planı həyata keçirməyə başlayıb. Təbii fəlakət səbəbindən Fransanın 11 departamentində elan olunan narıncı təhlükə səviyyəsi davam edir.

AzVision.az


Teqlər: Fransa   Paris  



Xəbər lenti