Azad Rəhimov Şirvanda görüş keçirəcək

Azad Rəhimov Şirvanda görüş keçirəcək
  29 Yanvar 2018    Oxunub:1522
Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov yanvarın 31-də Şirvanda vətəndaşları qəbul edəcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qəbulda Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayonlarının sakinləri iştirak edəcəklər.

Qəbul saat 11:00-da Şirvan Gənclər evində (Şirvan şəhəri, Naxçıvan küçəsi 1B) başlayacaq.

Vətəndaşlar qəbula gəlmək üçün Şirvan (055 333-40-04), Hacıqabul (055 257-47-90), Neftçala (050 320-42-42), Saatlı (055 211-56-50), Sabirabad (050 206-86-77), Salyan (055 200-66-65) şəhər-rayon gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

AzVision.az


Teqlər: Azad-Rəhimov   Şirvan  





Xəbər lenti