Hindistanda avtobus qəzası - 36 ölü

Hindistanda avtobus qəzası - 36 ölü
  30 Yanvar 2018    Oxunub:4199
Hindistanın Qərbi Benqaliya ştatında sərnişin avtobusu çaya aşıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 36 nəfər ölüb, 11 nəfər itkin düşüb.

Qəza zamanı avtobusda 56 nəfər olub. Ölənlərin arasında qadın və uşaqların da olduğu bildirilir. Ehtimal edilir ki, qəzaya sürücünün pis görüntü səbəbindən idarəetməni itirməsi səbəbə olub.

AzVision.az


Teqlər: Hindistan   Avtobus   Qəza  



Xəbər lenti