Azərbaycanlı milyarderlər Trampın hədəfində - Siyahıda Ağalarov da var

Azərbaycanlı milyarderlər Trampın hədəfində - Siyahıda Ağalarov da var
  30 Yanvar 2018    Oxunub:14921
ABŞ Rusiyanın siyasi rəhbərliyi ilə yanaşı iş adamlarını da “Kreml siyahısı”na daxil edib.
AzVision.az “Vedomosti”yə istinadən xəbər verir ki, sanksiya siyahısında Azərbaycan əsilli milyarderlər Vahid Ələkbərov, Araz Ağalarov, Fərhad Əhmədov, Zarax İliyev və Qod Nisanovun adı yer alıb. ABŞ Prezidenti Donald Trampla dostluq münasibətində olan Ağalarovun sözügedən siyahıya salınması təəccüb doğurub.

Qeyd edək ki, Azərbaycan əsilli biznesmenlərlə yanaşı 90 iş adamı “Kreml siyahısı”na salınıb. Həmin biznesmenlər arasında Alişer Usmanov, Roman Abromoviç, Süleyman Kərimov, Yevgeniy Kasperski, Mixail Proxorov, Arkadiy və Boris Rotenberqlər, Gennadiy Timçenko, Oleq Tinkov və digərlərinin adları var. Siyahı bu şəxslərə qarşı sanksiyaların tətbiq olunması anlamına gəlmir. Lakin onlara qarşı sonradan sanksiya tətbiq edilə bilər.

Qeyd edək ki, ümumilikdə 210 Rusiya vətəndaşı “Kreml siyahısı”na daxil edilib. Onlardan 114-ü siyasətçi və məmurdur.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: ABŞ   Sanksiya   Milyarder  





Xəbər lenti