Kriminal avtoritet Nalbandyanın müşaviri işləyib

Kriminal avtoritet Nalbandyanın müşaviri işləyib
  30 Yanvar 2018    Oxunub:4948
Soçidən olan erməni əsilli tanınmış sahibkar Ruben Tatulyan (Robson) 2016-ci ilin ortalarından və 2017-ci ilin sonunadək Ermənistanınnın XİN rəhbəri Edvard Nalbandyanın müşaviri olub.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Nalbandyan özü deyib.

“Tatulyan nazirə hansı məsləhətlər verirdi” sualına Nalbandyan cavab olaraq bildirib ki, biznesmen Rusiyanın cənub bölgələrində erməni icma qurumlarının dəstəklənməsi məsələlərinə köməklik edib.

Eyni zamanda nazir, “Tatulyanın kriminal dünya ilə əlaqəli olması Ermənistan rəhbərliyini narahat edirmi” sualını cavabsız qoyub.

Xatırladaq ki, ABŞ Rusiya və keçmiş SSRİ-dən olan 10 kriminal avtoritetə qarşı sanksiyalar tətbiq edib. Həmin siyahıda Ruben Tatulyanında adı var.

Məlumatda bildirilib ki, bu şəxslərin hamısı ABŞ, Rusiya, Yunanıstan, İspaniya və Ukrayna fəaliyyət göstərən “qanuni oğrular” təşkilatı ilə əlaqəlidirlər. Sanksiyalar çərçivəsində ABŞ vətəndaşlarına sadalanan şəxslərlə biznes fəaliyyəti qurmağa icazə verilməyəcək. Bundan əlavə siyahıda adı olanların ABŞ-a girişi qadağan olunub, onların ölkə ərazisindəki hesabları dondurulub.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ermənistan   Nalbandyan  





Xəbər lenti