Putindən “Kreml hesabatı”na münasibət: “Bu, axmaqlıqdır”

Putindən “Kreml hesabatı”na münasibət: “Bu, axmaqlıqdır”
  30 Yanvar 2018    Oxunub:2127
Rusiya ABŞ ilə münasibətlərini inkişaf etdirmək istəyir.

AzVision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Maliyyə Nazirliyinin “Kreml hesabatı” sənədinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu sənəd beynəlxalq münasibətlərə ziyan vurur:
“Onlar nə istəyirlər? Onlar özləri üçün bunu həll etməlidirlər. Biz bilirik ki, nə istəyirik: Biz beynəlxalq hüquqda uzunmüddətli, sabitliyə əsaslanan münasibətlər qurmaq istəyirik. Digər tərəfdən onların bu addımı Rusiya-ABŞ münasibətlərini çətinləşdirir, beynəlxalq münasibətlərə böyük zərər vurur. Baxın, nə axmaqlıq baş verir. Rusiyanı Şimali Koreya və İranla bir sıraya qoyurlar və bizdən xahiş edirlər ki, Şimali Koreyanın nüvə probleminin həllində iştirak edək. Bu, bəyəm axmaqlıq deyil?.

Biz bu siyahını gözləyirdik. Cavab tədbirləri görməyə də hazır idik. Lakin biz əks addımlar atmaqdan hələlik özümüzü saxlayırıq. Amma hamı başa düşməlidir ki, gözləmə mövqeyi sonsuz deyil”.

AzVision.az


Teqlər: Rusiya   Putin   ABŞ  



Xəbər lenti