“Türkiyə də nüvə silahı istehsal edəcək”

  04 Mart 2013    Oxunub : 792
“Türkiyə də nüvə silahı istehsal edəcək”
“İran nüvə silahı istehsal etsə, Türkiyə də analoji addım atacaq”.
İsrailin müdafiə naziri Ehud Barak, ölkəsi üçün ən qorxunc təhlükənin İrandan gələ biləcəyini bildirib. “İranın nüvə proqramına mane olmaq üçün hər cür tədbirlər masa üzərində olmalıdır” deyən Ehud Barak , İranın nüvə proqramının bütün dünya, o cümlədən İsrail üçün ən böyük təhlükə olduğunu söyləyib.
“Tətbiq olunan sanksiyalara baxmayaraq, İran nüvə silahı istehsal etmək niyyətindən əl çəkməyəcək”. Ehud Barak İranın nüvə silahı istehsal edəcəyi təqdirdə, başda Türkiyə olmaqla bölgə ölkələrinin də analoji addımlar atacağını vurğulayıb.
İran mətbuatında yayılan məlumatlara görə, İran uranın saflaşdırmaq məqsədilə 3 min yeni sentrifuqa emal edib. Bu isə İranın nüvə silahı istehsalını sürətləndirməsindən xəbər verir.

AzVision.az

Teqlər: