Afrində 11 gündə 649 terrorçu məhv edilib

Afrində 11 gündə 649 terrorçu məhv edilib
  31 Yanvar 2018    Oxunub:1560
Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi antiterror əməliyyatları ilə bağlı bu günə olan hesabat açıqlanıb.
AzVision.az xəbər verir ki, Türkiyənin Baş Qərargahının yaydığı məlumata görə, “Zeytun budağı” əməliyyatının 11-ci günündə terrorçulara məxsus sığınacaq, anbar və atəş nöqtələri vurulub.

Gün ərzində 33 terrorçu zərərsizləşdirilib, 3 kənd terrorçulardan azad edilib. Ümumilikdə isə əməliyyatlar zamanı bu günədək 649 terrorçu məhv edilib, 24 kənd yaraqlılardan geri alınıb.

Əməliyyatların uğurla davam etdirildiyi bildirilib.

AzVision.az


Teqlər: Suriya   Afrin   Türkiyə  





Xəbər lenti